Xudatda məktəb yandı


Digərləri 08 May 2018 09:10:00 276 0

Xudatda məktəb yandı

Xudat şəhərində yerləşən məktəblərin birində yanğın hadisəsi qeydə alınıb.

FHN-dən Son.az-a verilən məlumata görə, ümumi sahəsi 450 kv.m olan ikimərtəbəli, taxta konstruksiyalardan ibarət məktəb binasının dam örtüyü 400 kv.m, yanar konstruksiyaları 174 kv.m sahədə və taxtadan ibarət pilləkən qəfəsi yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​