Masallıda ər və arvad yanaraq ölüb


Sosial 08 May 2018 07:24:56 248 0

Masallıda ər və arvad yanaraq ölüb

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb, 3 nəfər xilas edilib

Masallı rayonu, Təzə Alvadı kəndində ümumi sahəsi 180 m2 olan taxta konstruksiyalardan ibarət iki mərtəbəli 7 otaqlı evin dam örtüyü, 1-ci və 2-ci mərtəbəsinin yanar konstruksiyaları 120 m2 sahədə yanıb.

"Report" FHN-ə istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı ev sahibinin oğlu, 1973-cü il təvəllüdlü Əzimov Namiq Kamran oğlu və onun həyat yoldaşı, 1983-cü il təvəllüdlü Əzimova Zeynəb Soltanabad qızının yanmış cəsədləri aşkar olunub.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb, 3 nəfər xilas edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.