Çin şirkətləri əməkdaşların beyinlərini izləyir


Digərləri 08 May 2018 08:51:00 271 0

Çin şirkətləri əməkdaşların beyinlərini izləyir

İndi çinlilər müxtəlif müəssisə əməkdaşlarının emosiyalarını anlamaq üçün onların beyin impulslarını izləyir.

Son.az ICTnews-a istinadən bildirir ki, çinlilər izləmənin nəticəsindən işdə vaxtında fasilə vermək, əməkdaşların vəzifələrini vaxtında dəyişdirmək və hətta işçilər arasında istirahət günlərini təyin etmək üçün istifadə edirlər. Bu, müəssisənin səmərəliyini yüksəltmək üçün lazımdır. Çin şirkətlərindən biri iddia edir ki, onlar sözügedən texnologiyadan istifadə etdikdən sonra müəssisənin gəliri 315 milyon dollar yüksəlib.

Beyin impulslarının izlənməsi işçi geyimin bir hissəsi olan baş geyimə quraşdırılmış datçiklərin köməyi ilə həyata keçirilir. Texnologiya yalnız istehsalata aid müəssisələrdə deyil, həm də hərbi strukturlarda istifadə olunur. Datçik və süni intellekt insanın qəzəbli, həyəcanlı və ya kədərli olmasını müəyyənləşdirir. Bu, iş yerində müxtəlif hadisələrin qarşısını almağa kömək edir.