Aralıq dənizində 105 miqrant xilas edilib


Dünya 08 May 2018 08:58:00 280 0

Aralıq dənizində 105 miqrant xilas edilib

"Proactiva Open Arms" qeyri-hökumət təşkilatının dənizçiləri tərəfindən Liviyanın Aralıq dənizi sahillərində 100-dən çox miqrant xilas edilib.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə İtaliyanın Sahil Mühafizəsi məlumat yayıb. Bildirilir ki, miqranların olduğu rezin qayıq Aralıq dənizində Britaniya bayrağı altında missiya həyata keçirən "Proactiva Open Arms" gəmisi tərəfindən aşkarlanıb. Onun heyəti vəziyyətin gərginliyini nəzərə alaraq, ərazidə xilasetmə əməliyyatının Liviyanın Sahil Mühafizəsi tərəfindən həyata keçirilməsinə baxmayaraq, miqranları gəminin göyərtəsinə qaldırmaq qərarını verib. Ümumilikdə 105 miqrant xilas edilib.