Yevlaxda avtomobil piyadanı vurub


Digərləri 08 May 2018 08:48:00 249 0

Yevlaxda avtomobil piyadanı vurub

Yevlaxda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, hadisə gecə saatlarında Yevlax şəhərində baş verib.

Yolu keçən piyada, 1996-cı il təvəllüdlü Dilavər Şahin oğlu Xəlilov avtomobil tərəfindən vurulub. Yaralı sürücü tərəfindən xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirlir.

Hadisə ilə bağlı araşdırma aparılır.