Ağdamda zəlzələ olub, hiss olunub


Digərləri 08 May 2018 08:33:00 290 0

Ağdamda zəlzələ olub, hiss olunub

Ağdamda 3,2 bal gücündə zəlzələ baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, ilkin məlumatlara əsasən mayın 8-də yerli vaxta saat 00:52-də Ağdamnan 7 km şimalda, Ağdam ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.