Facebookun virtual reallıq eynəyi satılır


Digərləri 08 May 2018 08:35:00 309 0

Facebookun virtual reallıq eynəyi satılır

Mayın 1-dən etibarən "Facebook" şirkəti tərəfindən hazırlanmış "Oculus Go" virtual reallıq eynəyi satışa çıxarılıb. Bu haqda San-Xosedə keçirilmiş "F8" konfransında Mark Sukerberq özü məlumat verib.

Son.az ICTnews-a istinadən bildirir ki, "Oculus Go artıq sifariş üçün əlçatandır. Bu, başqa qurğuların qoşulmasını tələb etməyən ilk əlçatan virtual reallıq eynəyidir" - Sukerberq deyib.

"Oculus Go" eynəyinin xüsusiyyətlərindən biri fərdi kompüter və ya naqillərdən istifadə etmədən virtual reallıqdan istifadə etmək imkanıdır.