Paşinyan yenə səsə qoyulacaq


Dünya 08 May 2018 08:38:00 319 0

Paşinyan yenə səsə qoyulacaq

Ermənistan parlamentində Paşinyanın baş nazir vəzifəsinə namizədliyi səsverməyə çıxarılacaq

Bu gün Ermənistan parlamentində baş nazir vəzifəsinə seçkilər keçiriləcək.

"Report" TASS-a istinadən xəbər verir ki, müxalifətin bu vəzifəyə yeganə namizədi Nikol Paşinyandır.

Parlamentin iclası yerli vaxtla saat 12:00-da başlayacaq. Deputatlar Paşinyanın çıxışını dinləyəcək və ona suallar verəcəklər.

Onun baş nazir vəzifəsinə namizədliyi ikinci dəfə irəli sürülür. Birinci səsvermə mayın 1-də keçirilib və müzakirə 6 saatdan çox davam edib.