Bakıda Mercedes ağaca çırpılıb


Digərləri 08 May 2018 08:28:00 280 0

Bakıda Mercedes ağaca çırpılıb

Bakıda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb.

Son.az "Report"a istinadən bildirir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Sabunçu Dövlət Yol Polisindən verilən məlumata görə, Kürdəxanı qəsəbəsində 1996-ci il təvəllüdlü Əkbərov Şahzadə Təhməz oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkət olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı ağaca çırpılıb.

Ş.Əkbərov hadisə zamanı ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Həkimlər yaralının vəziyyətinin ağır olduğunu bildirir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən avtotexniki ekspertiza təyin edilib.