Qubada məhsul zay olub FOTO


Digərləri 08 May 2018 08:13:00 267 0

Qubada məhsul zay olub  FOTO

Qubanın Qam-qam kəndindəki şəxsi təsərrüfatların sarımsaq yetişdirilən sahələrində problem yaranıb.

Son.az "report"a istinadən bildirir ki, bu sahələrdə sarımsaqlar naməlum səbəbdən soğanaqlardan çürüyür. Təsərrüfatçı Camaləddin Adıgözəlovun verdiyi məlumata görə, sarımsaqlar ya yeraltı mikroorqanizmlərin təsirindən ya da xəstəlikdən bu vəziyyətə düşüb. Onun yarım hektar ərazidə əkdiyi məhsulun çox hissəsi zay olub. Problem digər təsərrüfatlarda da müşahidə olunur. Kənd sakinləri bununla bağlı aidiyyatı orqanlardan kömək istəyirlər.


Xəbərə aid fotolar