Dünyada ilk dəfə tamamilə robotlaşdırılmış restoran işə başlayıb VİDEO FOTO


Digərləri 08 May 2018 08:18:00 273 0

Dünyada ilk dəfə tamamilə robotlaşdırılmış restoran işə başlayıb  VİDEO  FOTO

Dünyada ilk dəfə Bostonda tamamilə robotlaşdırılmış restoran açılıb.

Son.az "Report"a istinadən bildirir ki, restoranın yaradılmasında Massaçusets Texnoloji İnstitutunun 4 tələbəsi iştirak edib.

Onlara bu işdə "Michelin" ulduzunun qalibi, şef-aşpaz Daniel Bulyu kömək edib.

Robotlar restoranda aşpaz, xidmətçi (ofisiant) və xadiməni əvəz edirlər.

Restoranın qurucuları robotların bütün hərəkətlərini dəqiq hazırlayıblar. Bu, onlara yeməkləri tez və keyfiyyətli hazırlamağa, çatdırmağa kömək edir.

Restoranın mətbəxi 7 hissəyə - bloka ayrılıb. Onların hər biri müəyyən yeməklərin hazırlanmasına xidmət edir. Zaldan mətbəxə siqnal daxil olur. Bundan sonra sistem onu lazım olan bloka göndərir.


Xəbərə aid fotolar