Mars torpağı Yerdə analiz ediləcək


Digərləri 08 May 2018 08:05:00 283 0

Mars torpağı Yerdə analiz ediləcək

ABŞ Kosmik Agentliyi (NASA) və Avropa Kosmik Agentliyi (ESA) arasında Yerə Mars planetindən torpaq nümunələrini çatdıracaq missiyaların planlaşdırılması haqqında saziş imzalanıb. Mars torpaq nümunələrini əldə edən tədqiqatçılar onun kimyəvi tərkibini ətraflı öyrənərək Qırmızı planetdə həyatın mövcudluğu ilə bağlı qənaətə gələ biləcəklər. Bu barədə "ESA" saytında dərc edilən bəyanatda deyilir.

Son.az ICTnews-a istinadən bildirir ki, bu gün Mars səthində torpaq və qumu yalnız məsafədən tədqiq etmək mümkündür: bununla, məsələn, "Curiosity" kosmik aparatı məşğuldur. Qurğu quru torpaq nümunələrini toplayır, hissəcikləri ölçüsünə görə çeşidləyir və quraşdırılmış elmi cihazlar vasitəsilə onların kimyəvi tərkibini analiz edir. Lakin Yerdə daha dəqiq analizin aparılması mümkündür - onun üsulları daim təkmilləşdirilir.

Məlumata görə, Yerə torpağın çatdırılması planı 3 əsas mərhələyə bölünüb. Birinci mərhələ apreldə yığılmasına başlanılan "Mars-2020" kosmik aparatının buraxılış olacaq. Aparatın konstruksiyasına torpaq üçün hər birinin ölçüsü qələmə bərabər 30-a yaxın konteyner daxildir. Növbəti missiya çərçivəsində Marsa nümunələrin olduğu konteynerləri götürərək "Mars Ascent Vehicle" raketinə çatdıracaq kiçik kosmik aparatın göndərilməsi nəzərdə tutulur. Raket yükü Mars orbitinə çıxaracaq, oradan isə Yerdən buraxılan daha bir kosmik aparat nümunələrinin olduğu konteynerləri və digər toplanan materialları götürəcək. Son mərhələyə məsul kosmik gəminin ABŞ-a eniş edəcəyi planlaşdırılır.