Melanya Tramp uşaqlar üçün xüsusi proqram hazırlayıb


Dünya 08 May 2018 08:08:00 318 0

Melanya Tramp uşaqlar üçün xüsusi proqram hazırlayıb

ABŞ-ın birinci xanımı Melanya Tramp özünün uşaqlara müasir həyatın çətinliklərinə qarşı mübarizə haqqında məlumat verilməsinə yönəldilmiş "Be Best" ( "Ən yaxşı ol") proqramının fəaliyyətə başladığını bildirib.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə "CNBC" məlumat yayıb.

Bildirilir ki, "Be Best" proqramı yeniyetmələrin və uşaqların fiziki, emosional sağlamlığının saxlanılmasına yönəldilib. Bundan başqa, proqram uşaqların onlayn davranışı və bu haqda məlumat almanın səviyyəsinin artımı məsələləri ilə də məşğul olacaq.