Masallıda iki mərtəbəli ev yanıb: 2 nəfər ölüb, 1 nəfər yaralanıb


Digərləri 08 May 2018 07:56:36 227 0

Masallıda iki mərtəbəli ev yanıb: 2 nəfər ölüb, 1 nəfər yaralanıb

Masallı rayonunda ev yanıb.

Bakı. Masallı rayonunda ev yanıb. Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, rayonun Təzə Alvadı kəndində ümumi sahəsi 180 m² (hər mərtəbəsi 90 m²) olan taxta konstruksiyalardan ibarət iki mərtəbəli 7 otaqlı evin dam örtüyü, 1-ci və 2-ci mərtəbəsinin yanar konstruksiyaları 120 m² sahədə yanıb.