Günün qoroskopu: sizi yeni gəlirdən məhrum etmək istəyənlər var


Digərləri 08 May 2018 00:01:00 280 0

Günün qoroskopu: sizi yeni gəlirdən məhrum etmək istəyənlər var

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - işdə problemlər yarana bilər. Yol verdiyiniz səhvlər və yanlışlıqlardan rəhbərlik xəbər tutacaq. Sizi sərt tənqid edəcəklər və iş bununla bitməyəcək. Səhvlərin fəsadlarını aradan qaldırmaq üçün maksimum səylə çalışmasanız, maliyyə itkiləri, peşəkar fəaliyyət müstəvisində çətinliklər qaçılmazdır.

Günün ikinci yarısında şəxsi münasibətlər sahəsində müsbət təmayüllərin təsiri güclənəcək. Yeni tanışlıqlar üçün əlverişli zamandır. Romantik görüş istisna deyil.

Küçədə çox vaxt keçirmək fikriniz varsa, normal geyinin. Soyuqdəymə və zökəm riski var. Həmin bəlaların nəticələri çox ağır ola bilər.

Buğa - bir qədər əvvəl başladığınız işləri sonuclandırın, bitirin. Bunu indi etməsəniz, həmin işlər hələ uzun müddət çözülməmiş qalacaq və sizə ciddi çətinliklər yaradacaq. Yeni anlaşmalar və sövdələşmələrə tələsməyin. Aramla oxumadan, anlamadan, mənasını dərk etmədən, şərtləri aydınlaşdırmadan heç bir sənəd imzalamayın.

Tələskənlik və diqqətsizliyin qiyməti çox baha ola bilər.

Sevdiyiniz insan günün ikinci yarısında sizdə narahatlıq, nigaranlıq və təlaşa səbəb ola bilər. Qısqanclığa qapılmayın. Yaşlı qohumlarla ünsiyyət, müzakirələr üçün münasib zamandır.

Əkizlər - hətta ən sadə və primitiv işlərlə bağlı qərar verə bilməyən insanların yarıtmazlığına görə məsuliyyəti öz üzərinizə götürməli olacaqsınız. Ətrafınızdakı insanların laqeydliyi, diqqətsizliyi və süni köməksizliyi sizi heyrətləndirməsin. Ağıllı olun, hiylələrə və fəsadlara aldanmayın.

Günün ikinci yarısında planlaşdılmamış, amma zəruri xərclər əhəmiyyətli məbləğ təşkil edəcək. Amma narahat olmayın: sərf etdiyiniz pulların əvəzində yeni gəlirlər olacaq.

Yeni romantik münasibətlərə başlamağa tələsməyin. Bu gün yanınızdakı adamları olduqlarından artıq dəyərləndirir, dünyaya çox nikbin baxırsınız. Aldanmayın, sadəlövh olmayın.

Sizi sizdən və Allahdan savayı kimsə düşünmür.

Xərçəng - yeni işlər və layihələr üçün əlverişli zamandır. Peşəkar fəaliyyət müstəvisində ambisioz layihələrdən birini reallaşdıra bilərsiniz. Diqqətli, iradəli, ötkəm və eyni zamanda çevik, fəndgir olun. Çevik və aktiv olsanız, karyeranızda irəliləyiş olacaq.

Günün ikinci yarısı çox gərgin keçəcək. Maliyyə məsələlərində ehtiyatlı və sərvaxt olun. Ətrafdakılar sizi nə qədər tələsdirsələr də, tələsik qərar verməyin.

Yüz ölçüb bir biçin.

Axşam saatlarını evdə keçirmək məsləhətdir. İstənilən formada yorucu və usandırıcı işi təxirə salın, ertələyin. Çünki izafi çalışmaq xroniki ağrıları kəskinləşdirə bilər.

Vaxtdan istirahət və qüvvələrin bərpası üçün istifadə edin.

Şir - qətiyyətli, iradəli, cəsarətli olun. Bu məziyyətlərinizi nə qədər parlaq nümayiş etdirsəniz, işləriniz bir o qədər uğurlu və düşərli olacaq. Qeyri-adi, maraqlı macəralar və sərgüzəştlər ola bilər. Ehtiyatlı olun, düşünülməmiş addımlar atmayın. Sizi riskli avantüralara, təhlükəli işlərə cəlb etməyə çalışacaqlar. Təxribatlara uymayın.

Günün ikinci yarısı müsbət emosiyalarla yanaşı, gəlir vəd edir. Qiymətli informasiya alacaqsınız. Elm və ya tədqiqatlarla, axtarışlarla məşğulsunuzsa, uğurlar istisna deyil.

Axşam saatlarında emosiyalara uymayın, hisslərin əsiri olmayın. Yeni tanış olduğunuz insanlardan bəzilərini asanlıqla unudacaqsınız.  

Qız - günün ilk yarısı məhsuldar olacaq. Özünüzlə qürrələnə bilərsiniz. Peşəkar fəaliyyət müstəvisi ilə yanaşı, sizin üçün önəmli münasibətlərdə də irəliləyişə nail olacaqsınız. Aktiv və təşəbbüskar olun.

Günün ikinci yarısında əhvalınız pozula bilər. Meteohəssas insansınızsa, səhhətinizdəki problemlərin ağırlaşmasına imkan verməyin. Uzaq səfərə yollanmayın, sükan arxasında çox vaxt keçirməyin.