Kəmalə Ağazadənin məhkəməsi oldu


Kriminal 07 May 2018 23:43:00 279 0

Kəmalə Ağazadənin məhkəməsi oldu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət almaqda təqsirləndirilən, "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadənin məhkəməsi keçirilib.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin icraatında olan prosesdə hazırlıq iclası davam etdirilib. Anket məlumatları dəqiqləşdirildikdən sonra cinayət işinin məhkəmə baxışına qəbul edilməsinə qərar verilib.

Proses mayın 17-də davam etdiriləcək.