Bakıda tarixi-sənədli "Heydər Əliyev: Şəxsiyyət, Missiya, Miras" sərgisi açılacaq


Digərləri 07 May 2018 23:32:39 163 0

Bakıda tarixi-sənədli "Heydər Əliyev: Şəxsiyyət, Missiya, Miras" sərgisi açılacaq

Sərgi ümummilli liderin anadan olmasının 95 illiyinə həsr edilib

Mayın 10-da Bakıda, Heydər Əliyev Mərkəzində "Heydər Əliyev: Şəxsiyyət, Missiya, Miras" Rusiya-Azərbaycan tarixi-sənədli sərgisi açılacaq.

Bu barədə "Report"a Rusiya Federasiyasının Azərbaycandakı səfirliyindən bildirilib.

Sərgi müasir Rusiyaya və Azərbaycana tarixən bağlı olan şəxsiyyət, ölkələrimiz arasında möhkəm və etibarlı münasibətlər körpüsü qurmuş ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilib.

Sərgidə Rusiya və Azərbaycan tarixçiləri və arxivçiləri tərəfindən Heydər Əliyevin həyat və fəaliyyəti barədə, onun şəxsiyyətini daha dərin miqyasda və hərtərəfli əks etdirən materiallar nümayiş etdiriləcək.

Sərgidə nümayiş etdiriləcək ekspozisiyalar üzərində Rusiya Federasiyası Prezidentinin Arxivi, bu ölkənin Mədəniyyət Nazirliyi, Dövlət Arxivi, habelə Rusiyanın digər dövlət orqanlarının mütəxəssisləri işləyiblər.

Tədbir Azərbaycan və Rusiya Prezidentləri Administrasiyalarının dəstəyi ilə keçiriləcək. Təntənəli açılış saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq. Tədbirdə Rusiya Federasiyası Prezidenti Administrasiyasının, Xarici İşlər Nazirliyinin, ölkənin aparıcı ali təhsil ocaqlarının və s. nümayəndələri iştirak edəcək.