Paşinyan Ermənistanın baş nazir vəzifəsinə seçilmə ehtimalını qiymətləndirib


Dünya 07 May 2018 23:12:20 262 0

Paşinyan Ermənistanın baş nazir vəzifəsinə seçilmə ehtimalını qiymətləndirib

Ermənistan müxalifətinin lideri Nikol Paşinyan bəyan edib ki, onun baş nazir vəzifəsinə seçilmə  ehtimalı 95%-dir.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə N.Paşinyan İrəvanda keçirdiyi mitinqdə bəyan edib.

"Mənə rəsmi şəkildə bildirilib ki, "Daşnaksyutun", "Yelk", "Tsarukyan bloku" fraksiyaları və Ermənistan Respublika partiyasını təmsil edən bir sıra deputatlar xalqın namizədinə səs verəcəklər. Bu isə seçilmə ehtimalının 95%-i deməkdir", deyə N.Paşinyan qeyd edib.