Yerevanda müxalifətin mitinqi keçirilir


Dünya 07 May 2018 22:58:00 374 0

Yerevanda müxalifətin mitinqi keçirilir

Yerevanda ölkənin Milli Məclisində (parlament) baş tutacaq baş nazirin namizədliyi üzrə səsvermə ərəfəsində mitinq keçirilir.

Trend-in TASS-a istinadən verdiyi məlumata əsasən, mitinq şəhərin Respublika meydanında keçirilir.

Müxalifət lideri, baş nazir postuna namizəd Nikol Paşinyan və erməni əsilli amerikalı müğənni Serj Tankyan mitinqdə iştirak edirlər.