Bakıda əhaliyə 5 milyard manata yaxın məhsul satılıb


Digərləri 07 May 2018 22:08:00 243 0

Bakıda əhaliyə 5 milyard manata yaxın məhsul satılıb

2018-ci ilin yanvar-mart aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2017-ci ilin yanvar-mart ayları ilə müqayisədə 3,2 faiz artaraq 4 milyard 713,0 milyon manat olub.

Son.az Trend-ə istinadən bildirir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz artaraq 2 milyard 135,8 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,3 faiz artaraq 2 milyard 577,2 milyon manata bərabər olub.