Bakıda mənzildə yanğın olub


Digərləri 07 May 2018 21:54:00 247 0

Bakıda mənzildə yanğın olub

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Bakının Suraxanı rayonunda çoxmərtəbəli binanın 5-ci mərtəbəsində ümumi sahəsi 46 m2 olan 3 otaqlı mənzilin 1 otağında divan yanıb, yüksək temperaturdan otağın lambirdən ibarət tavanı 5 m2 sahədə və məişət texnikaları əriyib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.