3 otaqlı mənzildə yanğın olub


Digərləri 07 May 2018 21:25:00 264 0

3 otaqlı mənzildə yanğın olub

Bakı şəhəri, Suraxanı rayonunda çoxmərtəbəli binanın 5-ci mərtəbəsində ümumi sahəsi 46 m olan 3 otaqlı mənzilin 1 otağında divan yanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, yüksək temperaturdan otağın lambirdən ibarət tavanı 5 m² sahədə və məişət texnikaları əriyib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​