"Heydər Əliyev və Azərbaycan ədliyyəsi" mövzusunda elmipraktiki konfrans keçirilib


Digərləri 07 May 2018 21:30:00 270 0

"Heydər Əliyev və Azərbaycan ədliyyəsi" mövzusunda elmipraktiki konfrans keçirilib

Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Ədliyyə Akademiyasında "Heydər Əliyev və Azərbaycan ədliyyəsi" mövzusunda geniş elmi-praktiki konfrans keçirilib.

Nazirlikdən Son.az-a verilən məlumata görə, tədbirdə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, nazirliyin rəhbərliyi və məsul işçiləri, Məhkəmə-Hüquq Şurasının üzvləri, hakimlər, prokurorlar, vəkillər, elm və tədris müəssisələrinin nümayəndələri, alimlər, gənc hüquqşünaslar, vətəndaş cəmiyyətinin və media təmsilçiləri iştirak ediblər.

Konfransda ümummilli lider Heydər Əliyevin demokratik hüquqi dövlət quruculuğu naminə titanik fəaliyyətindən, müasir hüquq sisteminin formalaşması və inkişafında müstəsna rolundan bəhs olunub, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi, ulu öndərin təməlini qoyduğu mütərəqqi ədliyyə və məhkəmə islahatlarının nailiyyətləri qeyd edilib.

Ədliyyə naziri F.Məmmədov müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərliyinin bütün dövrlərində Vətən və xalq qarşısında misilsiz xidmətləri, xilaskarlıq missiyası, zəngin dövlətçilik irsi barədə çıxış edib.