Robotların xidmət göstərdiyi otellərin sayı artır


Digərləri 07 May 2018 21:20:00 238 0

Robotların xidmət göstərdiyi otellərin sayı artır

Yaponiyada müasir texnologiyalarla, o cümlədən robotlarla təchiz edilən otellərin sayı artır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, otellərdəki robotlar yapon dilini bilməyən əcnəbi turistlərə müxtəlif xidmətlər göstərirlər. Xüsusən paytaxt Tokioda üstünlük təşkil edən belə otellərdə humanoid-robotlar qonaqları salamlayaraq, onlara qeydiyyatdan keçmək üçün yardımlarını təklif edirlər. Bu robotlar ingilis, Çin və Koreya dillərində xidmət göstərirlər.

Yaponiyanın aparıcı turizm agentlikləri belə robotların xidmət etdiyi otellərin sayını artırmağa çalışırlar. Bir çox otellərdə robotlardan otaqların yığışdırılmasında da istifadə olunur.