Virtual pullar bazarında nə baş verir?


Digərləri 07 May 2018 20:56:00 263 0

Virtual pullar bazarında nə baş verir?

Dünyanın ən populyar kriptovalyutası olan bitkoin ötən həftə qeydə alınmış bahalaşmadan sonra ucuzlaşmağa başlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, bununla belə, bitkoin 9 min dollardan yuxarı həddə qalmaqda davam edir.

Belə ki, "CoinMarketCap" portalının məlumatlarına əsasən, bitkoinin qiyməti 4,69% ucuzlaşaraq 9327 dollar təşkil edib.