Azərbaycan Ordusunun nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir


Siyasət 07 May 2018 20:45:00 275 0

Azərbaycan Ordusunun nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir

Azərbaycan Ordusunun nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, Ordunun nümayəndələri Predyal şəhərində (Rumaniya) "Təməl dağa dırmanma təlim kursu", Oberammerqau şəhərində (Almaniya) Birgə təlim konfransı, Budapeşt şəhərində "Döyüş meydanında yaralılara təcili tibbi yardımın göstərilməsi kursu", Belqrad şəhərində (Serbiya) "REGEX 18" təliminin 5-ci planlaşdırma görüşü, Stavanger şəhərində (Norveç) tərfdaş ölkələrin milli hərbi nümayəndələri ilə seminar və Tartu şəhərində (Estoniya) "NATO-nun Tibbi qiymətləndirmə kursu"nda iştirak edirlər.