Dövlət Statistika Komitəsində ulu öndər Heydər Əliyevin 95 illiyi qeyd olunub (FOTO)


Digərləri 07 May 2018 20:40:00 208 0

Dövlət Statistika Komitəsində ulu öndər Heydər Əliyevin 95 illiyi qeyd olunub (FOTO)

Dövlət Statistika Komitəsində ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi qeyd olunub

Bakı. Dövlət Statistika Komitəsində ümummilli lider, ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan tədbir keçirilib. Komitədən Trend-ə verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin Komitənin foyesində ucaldılan büstü önünə gül dəstələri düzülüb. Azərbaycanın böyük oğlu Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəyliyimizin və azərbaycançılıq məfkurəsinin banisi, xalqımızın və dövlətimizin xilaskarı ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz tarixi xidmətlərindən danışıb. Bildirib ki, ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərliyinin bütün dövrlərində xalq, dövlət, cəmiyyət üçün yorulmadan fəaliyyət göstərib, dünya şöhrətli dövlət xadiminin əvəzsiz xidmətləri qədirbilən xalqımız tərəfindən daim uca tutulur. Fenomen şəxsiyyət Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışıb, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mühüm işlər görüb. Bütün ömrünü xalqa həsr etmiş ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən biri və ən başlıcası uğurlu dövlət quruculuğu prosesinin əsasını qoymasıdır.