Xalça Muzeyində “Yolumuzu gözləyən Qarabağ” adlı anım tədbiri keçirilib (FOTO)


Digərləri 07 May 2018 20:31:00 315 0

Xalça Muzeyində “Yolumuzu gözləyən Qarabağ” adlı anım tədbiri keçirilib (FOTO)

Azərbaycan Xalça Muzeyində Şuşa, Laçın, Kəlbəcər və Ağdərə rayonlarının işğalı günlərinə həsr olunmuş “Yolumuzu gözləyən Qarabağ” adlı anım tədbiri keçirilib.

Bakı. Azərbaycan Xalça Muzeyində Şuşa, Laçın, Kəlbəcər və Ağdərə rayonlarının işğalı günlərinə həsr olunmuş “Yolumuzu gözləyən Qarabağ” adlı anım tədbiri keçirilib. Muzeydən Trend-ə verilən məlumata görə, tədbirdən öncə muzeyin rəhbərliyi və əməkdaşları Müqəddəs Şəhidlər Xiyabanında uyuyan Qarabağ uğrunda canından keçən şəhidlərin məzarını ziyarət edərək dərin hörmət və ehtiram nümayiş etdiriblər. Tədbirdə Dövlət Pantomima Teatrının quruluşçu rejissoru, əməkdar artist Bəhruz Əhmədlinin quruluşunda “Anadan” adlı tamaşa nümayiş olunub. Tamaşanın leytmotivi Elşad Tahirov tərəfindən muzeyə hədiyyə olunan “Bağçada güllər” xalçasının taleyindən bəhs edir. Muzeyin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova bildirib ki, tədbirdə təqdim olunan, bir-birindən maraqlı çıxışları birləşdirən ümumi leytmotiv əslən azərbaycanlı, Amerika vətəndaşı Elşad Tahirov tərəfindən muzeyə hədiyyə olunan “Bağçada güllər” xalçasıdır. Bu xalça uzun illər erməni işğalçılarının əlində olmuş və Vətənə qayıtmış ilk xalça nümunəsidir: