Bakıda ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib FOTO


Digərləri 07 May 2018 19:36:00 249 0

Bakıda ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib  FOTO

Bakının Qaradağ rayonunda IDEA İctimai Birliyi və Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan ağacəkmə aksiyası keçirilib.

Son.az bildirir ki, IDEA İctimai Birliyindən Trend-ə verilən məlumata görə, yerli könüllülərin iştirakı ilə keçirilən aksiya zamanı Salyan şossesinin 19-cu kilometrində yerləşən boş ərazidə 300 ədəd Eldar şamı, eləcə də çoxsaylı gül kolları əkilib.

Azərbaycanda ekologiyanın qorunması ilə bağlı ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu ənənənin davamı olaraq, bu gün ölkəmizdə ətraf mühitin daim sağlamlaşdırılması, o cümlədən mövcud yaşıllıq sahələrinin artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.


Xəbərə aid fotolar