Prezident İlham Əliyev Goranboy Rayon Məhkəməsinə yeni hakimi təyin edib


Siyasət 07 May 2018 19:25:00 248 0

Prezident İlham Əliyev Goranboy Rayon Məhkəməsinə yeni hakimi təyin edib

Prezident İlham Əliyev Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi S.İ.Mayılovun iş yerinin dəyişdirilməsi haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda qeyd edilir ki, Samir İlham oğlu Mayılov Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Goranboy Rayon Məhkəməsinin hakimi təyin edilsin.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.