News Blaze: TREND İnformasiya Agentliyi informasiya bazarında öz iştirakını beynəlxalq miqyasda genişləndirir


Digərləri 07 May 2018 19:15:00 250 0

News Blaze: TREND İnformasiya Agentliyi informasiya bazarında öz iştirakını beynəlxalq miqyasda genişləndirir

TREND İnformasiya Agentliyi informasiya bazarında öz iştirakını beynəlxalq miqyasda genişləndirir.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə amerikalı jurnalist Nurit Qrinqer "News Blaze" nəşrindəki məqaləsində yazıb.

Müəllif yazır: "TREND-in xəbərləri və hesabatları internet jurnalları, iri korporasiyalar, konsaltinq şirkətlər və banklar tərəfindən alınır və beləliklə agentlik informasiya bazarında öz iştirakını beynəlxalq miqyasda genişləndirir".

Jurnalist qeyd edir ki, 1995-ci ildə təsis edilmiş TREND İnformasiya Agentliyi Xəzər regionu, eləcə də Qafqaz və Mərkəzi Asiya regionlarından xəbərlərin əsas tədarükçüsü və internet-aqreqatordur:

"Agentlik Azərbaycan, Gürcüstan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, İran və Türkiyədən son xəbərləri dərc edir".