Fuad Poladovun “Azdrama”da sonuncu çıxışı FOTO


Digərləri 07 May 2018 19:18:00 294 0

Fuad Poladovun “Azdrama”da sonuncu çıxışı  FOTO

Xalq artisti Fuad Poladov Akademik Milli Dram Teatrında sonuncu dəfə 28 oktyabr 2016-cı ildə səhnəyə çıxıb. O, teatrın səhnəsində son dəfə Erik Emmanuel Şmitdin eyniadlı əsəri əsasında səhnələşdirilən "Müsyo İbrahim və Quran çiçəyi" tamaşasında Müsyö İbrahim obrazını canlandırıb.

İki hissəli tamaşanın quruluşçu rejissoru Ərşad Ələkbərov olub. Tamaşada Fuad Poladovla yanaşı, Murad İsmayılov, Sabir Məmmədov, Şəlalə Şahvələdqızı, Mehriban Zəki və digər aktyorlar yer alıb. Tamaşa zamanı zalda anşlaq olub. Sonda Fuad Poladov pərəstişkarları ilə vidalaşıb. F.Poladov aktyor Hikmət Rəhimovun teatrdan getməsinə etiraz əlaməti olaraq Akademik Milli Dram Teatrından ayrılıb. Bundan sonra o, Rus Dram Teatrında işini davam etdirirdi.

Son.az report-a istinadən xalq artistinin Akademik Milli Dram Teatrı səhnəsindəki son tamaşasından fotoreportajı təqdim edir: