Vasif Səmranı tanımadı


Şou-biznes 07 May 2018 19:06:00 273 0

Vasif Səmranı tanımadı

Əməkdar artist Vasif Məhərrəmli "Eurovision" təmsilçimiz Səmra Rəhimlini tanımayıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, müğənni "ATV maqazin onlarla" verilişində "Səmra brenddir" deyən ifaçıya belə cavab verib:

"Allah haqqı onu tanımıram, kimdir?".

V.Məhərrəmli daha sonra başlayıb "brend" sözünün izahını verməyə:

"Hər hansı bir marka bir-iki aya brendləşmir. Müğənni də işi ilə brendləşir, zaman alır bu da. Vasif Məhərrəmli, Röya, Aygün Kazımova, Nadir Qafarzadə, Ədalət Şükürov brendləşmiş müğənnilərdir. Burada mən bütün müğənnilərin yerinə danışıram".