Magistr olmaq istəyənlərin nəzərinə


Digərləri 07 May 2018 18:04:00 237 0

Magistr olmaq istəyənlərin nəzərinə

Magistraturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün proqram seçimi başlayıb. 

Dövlət İmtahan Mərkəzindən Son.az-a verilən məlumata görə, bakalavrlar mayın 17-dək öz elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər.

Azərbaycanın ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına fevralın 25-də keçirilən qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrlar imtahanın ikinci mərhələsinə buraxılmaları üçün proqram seçimində iştirak etməlidirlər. Bunun üçün bakalavrlar tələb olunan məbləği şəxsi kabinetlərinin hesabına əlavə edib mayın 17-dək öz elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər.