Olimpiya Stadionundan prospektə keçid tuneldən necə istifadə etmək olar?


Digərləri 07 May 2018 17:28:00 261 0

Olimpiya Stadionundan prospektə keçid  tuneldən necə istifadə etmək olar?

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçid - tuneldən istifadə qaydaları ilə bağlı video təlimat yayıb.

Bu barədə Son.az-a agentlikdən məlumat verilib.

Cəmi 4 ay ərzində inşa olunan müxtəlif səviyyəli yol qovşağına daxildir:

496 m uzunluğunda 1 avtomobil tuneli 193 m uzunluğunda yanaşma yolları 702 m uzunluğunda yeni yol hissəsi 27 m uzunluğunda yeni körpü.