Sumqayıtda məişət tullantılarını yandıran şəxs cərimələndi FOTO


Digərləri 07 May 2018 16:50:00 267 0

Sumqayıtda məişət tullantılarını yandıran şəxs cərimələndi  FOTO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

Nazirlikdən Son.az-a verilən məlumata görə, reyd zamanı Sumqayıt şəhər məişət tullantıları poliqonunda məişət tullantılarının qanunvericiliyə uyğun qaydada zərərsizləşdirilmədiyi, yandırıldığı və nəticədə ətraf ərazilərə tüstü, kəskin qoxunun yayıldığı məlum olub.


Xəbərə aid fotolar