Əli Həsənov: Azərbaycanda söz və mətbuat azadlığı təmin olunub


Digərləri 07 May 2018 16:55:00 229 0

Əli Həsənov: Azərbaycanda söz və mətbuat azadlığı təmin olunub

Azərbaycanda söz və mətbuat azadlığı təmin olunub.

Bakı. Ənvər Məmmədov - “Azərbaycanda söz və mətbuat azadlığı təmin olunub. Azərbaycanda istənilən şəxs müvafiq dövlət qurumuna xəbərdarlıq edərək qəzet dərc edə bilər". Bunu Azərbaycan Prezidentinin İctimai-syiasi məsələlər üzrə köməkçisi Əli Həsənov Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasında "Siyasi dialoq və islahatlar" mövzusunda çıxış edərkən deyib. Onun sözlərinə görə, Azərbaycanda elektron sayt yaratmaq üçün domen almaq kifayətdir. Əhalinin 80 faizinin internet istifadəçisi olduğunu deyən Prezidentin köməkçisi bildirib ki, Azərbaycanda sosial şəbəkə istifadəçilərinin sayı 3 milyon nəfərdən artıqdır: "Azərbaycanda 50-dən artıq televiziya və radio kanalı fəaliyyət göstərir. KİV-lərin sayı isə 5 mini ötüb. Bundan əlavə ölkəmizdə 2 min nəfər insanı özündə birləşdirən Həmkarlar İttifaqı fəaliyyət göstərir". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin