İƏT XİN Şurası Xocalı faciəsinin 56 üzv dövlət tərəfindən soyqırım kimi tanınması ilə bağlı qətnamə qəbul edib


Digərləri 07 May 2018 16:58:00 252 0

İƏT XİN Şurası Xocalı faciəsinin 56 üzv dövlət tərəfindən soyqırım kimi tanınması ilə bağlı qətnamə qəbul edib

İƏT Gənclər Forumu ilə bağlı bir sıra mühüm qərarlar qəbul edilib.

Bakı. Banqladeşin paytaxtı Dəkkə şəhərində 5-6 may 2018-ci il tarixlərində keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının 45-ci sessiyası ölkəmiz və Azərbaycanın təşəbbüsü ilə yaradılmış İƏT Gənclər Forumu ilə bağlı bir sıra mühüm qərarlar qəbul edilib. İƏT Gənclər Forumu Avrasiya Regional Mərlkəzindən Trend-ə verilən məlumata görə, sessiyanın “İƏT Gənclər Forumu haqqında” başlığı ilə qəbul etdiyi qətnamədə Xocalı faciəsi 56 üzv dövlət tərəfindən bir daha soyqırım kimi tanınıb və İƏT Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət” beynəlxalq məlumat kampaniyasının fəaliyyətlərinə üzv ölkələr tərəfindən siyasi dəstəyin verilməsi haqqında çağırış edilib. Bununla yanaşı, qətnamədə 17-19 aprel 2018-ci il tarixlərində Azərbaycan Gənclər və İdman Nazirliyinin ev sahibliyində Bakıda keçirilən 4-cü İƏT Gənclər və İdman Nazirləri Konfransının nəticələri, o cümlədən Bakıda qəbul edilmiş tarixi İƏT-nin Gənclər Strategiyası dəstəklənib və Konfransın yüksək səviyyədə təşkili üçün Azərbaycan hökumətinə təşəkkür ifadə edilib.