Nazir müavini: Aİ ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlarda irəliləyiş müşahidə olunur


Digərləri 07 May 2018 16:59:17 269 0

Nazir müavini: Aİ ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlarda irəliləyiş müşahidə olunur

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar prosesində irəliləyiş müşahidə olunur.

Bakı. Ənvər Məmmədov - Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar prosesində irəliləyiş müşahidə olunur. Trend-in məlumatına görə, bunu Bakıda Aİ-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin 15-ci iclasında Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib. M.Məmməd-Quliyev bildirib ki, ötən il başlamış danışıqlar 2018-ci ildə də uğurla davam edir. Nazir müavininin sözlərinə görə, saziş 3 əsas istiqaməti – siyasi təhlükəsizlik, ticarət və investisiya məsələləri və müxtəlif sektoral məsələləri əhatə edir: “Azərbaycan üçün öhdəliklərə əməl olunması çox vacibdir. Aİ-nin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi faktı tərəflər arasında əməkdaşlığın inkişafına təkan verir”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin