Sabah Akif Çovdarovun şikayəti əsasında məhkəmə olacaq


Digərləri 07 May 2018 16:34:00 262 0

Sabah Akif Çovdarovun şikayəti əsasında məhkəmə olacaq

Sabah - mayın 8-də ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və digərlərinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayır.

Son.az report-a istinadən xəbər verir ki, hakim Faiq Qasımovun sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdiriləcək.

Daha sonra isə apellyasiya şikayətlərinin dəlilləri müəyyən ediləcək.