"Sürücünün arvadı da qəzada ölüb..." İcra başçısı


Digərləri 07 May 2018 16:38:00 279 0

"Sürücünün arvadı da qəzada ölüb..."  İcra başçısı

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Şəhriyar kəndində 6 nəfərin ölümünə səbəb olan qəzaya münasibət bildirib.

Son.az xəbər verir ki, başçı Bizim Yol-a açıqlamasında hadisəni törədən şəxsin məsuliyyətə cəlb olunduğunu qeyd edib:

"Hadisənin səbəbi bəllidir. Bunlar öz torpaqlarını becərmək üçün torpaq sahələrinə gedirmişlər. Bir ailənin üzvləridir. Traktorun lapedində gediblər. Kanalın qırağında lapedin şkulkası çıxıb, aşıb çaya, bu adamlar da kanalın içində lapedin altında qalıblar boğulublar. Laped bunların üstünə aşıb. Hadisə törədən İmanov Əjdər Xudaverdi oğlu rəhmətə gedən İmanova Məlahətin həyal yoldaşıdır. Biri də qaynı arvadı. O birilər bunun qızıdı."