Keçmiş MTN generalı cəzaçəkmə müəssisəsinə köçürüldü


Digərləri 07 May 2018 16:26:00 270 0

Keçmiş MTN generalı cəzaçəkmə müəssisəsinə köçürüldü

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyev Bakı İstintaq Təcridxanasından 9 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb.

Son.az report-a istinadən xəbər verir ki, həmin şəxslər bundan sonra cəzalarını həmin cəzaçəkmə müəssisəsində çəkəcəklər.

Qeyd edək ki, E.Quliyev, A.Mehdiyev və digər şəxslər 2015-ci ildə həbs ediliblər.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə E.Quliyev 10 il 6 ay, A.Mehdiyev isə 8 il azadlıqdan məhrum edilib. Məhkəmə hər iki təqsirləndirilən şəxsin rütbədən məhrum edilməsi barədə ölkə Prezidentinə təqdimat göndərilməsi haqqında qərar qəbul edib. Məhkəmə zərərçəkmişlərin mülki iddiasını təmin etməyib.