Bakı sakinlərinə tibbi maska taxmaq məsləhət gördülər


Digərləri 07 May 2018 16:09:00 245 0

Bakı sakinlərinə tibbi maska taxmaq məsləhət gördülər

Bakıda qaz qarışıqlarının miqdarı normadan üç dəfə çoxdur. Bu isə həyəcan siqnalı deməkdir. 

Son.az xəbər verir ki, bu sözləri oxu.az-a açıqlamasında Azərbaycan Ekoloji Proqnozlar Bürosunun prezidenti, ekoloq Telman Zeynalov deyib.

Bir neçə gün əvvəl Bakının bir neçə rayonunda həddindən artıq ağır hava müşahidə edilib. Şəhər əhalisi ürək bulanmasından və baş ağrısından şikayətlənib.

Oxu.Az-ın sorğusundan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Monitorinq Departamentinin mütəxəssisləri Bakının bir neçə rayonunda müşahidə edilən qəribə qoxu ilə bağlı monitorinqlər aparıb.

Araşdırmaların nəticələrinə əsasən, atmosferdə qazın miqdarı sanitar normanı üç dəfə üstələdiyi məlum olub.