XİN başçısının müavini: “Avropa İttifaqı ilə münasibətlər Azərbaycan üçün prioritetdir”


Siyasət 07 May 2018 15:26:20 355 0

XİN başçısının müavini: “Avropa İttifaqı ilə münasibətlər Azərbaycan üçün prioritetdir”

“Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi əməkdaşlığa təkan verir”

“Avropa İttifaqı ilə münasibətlər Azərbaycan üçün prioritetdir”.

“Report”un xəbərinə görə, bunu Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasında xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

O qeyd edib ki, Azərbaycan Cənubi Qafqaz regionunda Avropa İttifaqının ən böyük ticarət tərəfdaşıdır: “Avropa İttifaqı ilə imzalanacaq yeni sazişlə bağlı müzakirələr aparılıb. Azərbaycan üçün əsas məsələ öhdəliklərin yerinə yetirilməsidir. Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi əməkdaşlığa təkan verir. Biz Avropa İttifaqı ilə demokratiya və digər məsələlərlə bağlı razılığa gəlmişik”.

M.Məmmədquliyev vurğulayıb ki, ikitərəfli əməkdaşlıqda enerji məsələsi xüsusi qeyd edilir.