ABŞ Latviyadakı vətəndaşlarına terror hücumları barədə xəbərdarlıq edib


Dünya 07 May 2018 15:35:22 233 0

ABŞ Latviyadakı vətəndaşlarına terror hücumları barədə xəbərdarlıq edib

Səfirlik ABŞ vətəndaşlarını ictimai yerlərə getməkdən yayınmağa çağırıb

ABŞ-ın Latviyadakı səfirliyi ölkədəki terror təhlükəsi ilə əlaqədar orada olan vətəndaşlarını daha sayıq olmağa çağırıb.

"Report" RBK-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Riqadakı diplomatik missiyasının saytında qeyd olunanmüraciətdə deyilir.

"ABŞ hökuməti terrorçuların uşaqlar da daxil olmaqla, ABŞ vətəndaşlarını hədəf almasından narahatdır. Terrorçular müxtəlif taktikalardan, o cümlədən hücum və adam qaçırmadan istifadə edə bilər. Daha əvvəl onlar hücum məqsədilə bıçaq, odlu silah və nəqliyyat vasitələrindən istifadə ediblər. Onların hədəfi məktəblər, xəstəxanalar, kilsələr, turistik obyektlər, nəqliyyat mərkəzləri və digər yerlər ola bilər", - məlumatda deyilir.

Səfirlik həmçinin ABŞ vətəndaşlarını ictimai yerlərə getməkdən yayınmağa, turist marşrutlarını yenidən nəzərdən keçirməyə və sosial şəbəkələrdə gələn təhdidlər barədə yerli hakimiyyət orqanlarına məlumat verməyə çağırıb.