Park Cinema Flame Towers yerli kinomanları daha bir sürprizlə sevindirdi


Digərləri 07 May 2018 14:38:00 310 0

Park Cinema Flame Towers yerli kinomanları daha bir sürprizlə sevindirdi

Park Cinema Flame Towers yerli kinomanları daha bir sürprizlə sevindirdi - davalı və sağ qalmaq uğrunda dramatik intriqalar ilə dolu hər kəsin səbirsizliklə gözlədiyi qara qomediya rəsmi premyeradan üç gün öncə Bakıda nümayiş olundu.

Bu kimi fürsəti -Neş Edgertonun filmini ilk qiymətləndirənlərdən biri olmaq imkanını əldən verə bilməzdik.

Bu arada, Edgerton Kann kinofestivalının Qızıl Palma budağı mükafatına namizəddir, həmçinin bir çox filmlərdə çəkilmiş kaskadyordur, lakin onun adı adi izləyiciyə çox da tanış deyil, baxmayaraq ki, bu filmilərin sıyahısı yüzə çatır.

Bu filmlər arasında "Matrisa" filminin üç hissəsi, "Ulduzların savaşı" filmin iki epizodu (Neş Yuen MakQreqorun dublyoru olmuşdu), "Mulen Ruj", "Supermenin qayıdışı" 2006 filmlərini qeyd etmək olar. "Təhlükəli biznes" - Neşin rejissor qismində ilk filmi deyil. Çəkiliş meydançasında o, unikal aktyor heyətini toplamağı bacarıb - Şarliz Teron, Devid Oyelouo, Amanda Seyfrid, Tendi Nyuton, Şarlo Kopli. Neş doğma qardaşı - Coel Edgertonu da unutmayıb.

Qısasacı, aktyor heyətinə söz ola bilməz. Bu isə yeni film izləmək üçün ənənəvi üç səbəblərimizi yada salmağa yaxşı bəhanədir:

1.Əsrarəngiz Şarliz Teronu heç vaxt görmədiyiniz obrazda görmək istəyirsiniz? O zaman seansa tələsin!


Xəbərə aid fotolar