Əli Əhmədov: Azərbaycanda növbəti parlament seçkiləri 2020-ci ildə keçiriləcək


Digərləri 07 May 2018 14:34:00 362 0

Əli Əhmədov: Azərbaycanda növbəti parlament seçkiləri 2020-ci ildə keçiriləcək

Azərbaycanda növbəti parlament seçkiləri 2020-ci ildə keçiriləcək.

Bakı. Elçin Mehdiyev – Azərbaycanda növbəti parlament seçkiləri 2020-ci ildə keçiriləcək. Trend-in məlumatına görə, bunu baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədrinin müavini, icra katibi Əli Əhmədov növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib. Ə.Əhmədov qeyd edib ki, bu barədə heç bir məlumata sahib deyil: “Mən belə bir şey bilmirəm. Məlum olduğu kimi, Azərbaycanda növbəti parlament seçkiləri 2020-ci ildə keçiriləcək”. Qeyd edək ki, sosial şəbəkələrdə Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı məlumatlar yayılıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin