Əli Əhmədov: Ermənistan təcavüzkar siyasətindən əl çəkməyincə qarşısında işıqlı yol olmayacaq


Digərləri 07 May 2018 14:11:00 224 0

Əli Əhmədov: Ermənistan təcavüzkar siyasətindən əl çəkməyincə qarşısında işıqlı yol olmayacaq

Nə qədər ki, Ermənistan təcavüzkar siyasətindən əl çəkməyəcək, heç zaman qarşısında işıqlı yol olmayacaq.

Bakı. Elçin Mehdiyev – Nə qədər ki, Ermənistan təcavüzkar siyasətindən əl çəkməyəcək, heç zaman qarşısında işıqlı yol olmayacaq. Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov deyib. Ə.Əhmədov bildirib ki, Ermənistanda hökm sürən daxili qarşıdurma uzun müddət davam edəcək. Baş nazirin müavini qeyd edib ki, Ermənistanda tənəzzül bu qarşıdurmalara gətirib çıxarıb: "Bu çətinliklər 3-5 aya aradan qalxmayacaq. Bu, kiminsə baş nazir seçilməsindən asılı deyil. Nə qədər Ermənistan təcavüzkar siyasəti davam etdirəcək, Ermənistan xalqı üçün bu məşəqqətlər, çətinliklər qalacaq". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin