Rusiyada naməlum şəxs uşaq bağçasına hücum etdi


Dünya 07 May 2018 13:39:00 223 0

Rusiyada naməlum şəxs uşaq bağçasına hücum etdi

Rusiyanın Tatarıstan Respublikasının Almetyevsk şəhərində naməlum şəxs uşaq bağçasına bıçaqla hücum edib.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə Almetyevsk bələdiyyə başçısı Ayrat Xayrullin məlumat verib. Onun sözlərinə görə, naməlum şəxs gecə 65 saylı uşaq bağçasına hücum edib, 60 yaşlı qadın gözətçini yaralayıb və ardından yanğın törədib. A.Xayrulinin deyib ki, bıçaq yarası alan qadın hazırda xəstəxanadadır. İstintaq orqanları hadisəni araşdırır, cinayətkarın axtarışı həyata keçirilir.