Alfa Liqada qruplar bəlli oldu (FOTO)


Digərləri 07 May 2018 13:08:00 240 0

Alfa Liqada qruplar bəlli oldu (FOTO)

Alfa Liqanın təqdimat və püşkatma mərasimi keçirilib.

Bakı. Bakı Biznes Mərkəzində yerləşən “Şam Bulvar” restoranında Azərbaycan Minifutbol Federasiyasının (AMF) təşkilatçılığı və “Bakcell”in baş sponsorluğu ilə təşkil olunacaq Alfa Liqanın təqdimat və püşkatma mərasimi keçirilib. Trend-in məlumatına görə, aparıcı Araz Əhmədov qonaqları salamladıqdan sonra AMF-in baş katibi Azər Hüseynov söz alaraq federasiya adından tədbirə təşrif buyuran hər kəsə təşəkkürünü bildirib. Federasiya rəsmisi çıxışında minifutbol üzrə yığma komandamızın baş məşqçininin adını açıqlayıb. Məlum olub ki, yığmamızı PRO kateqoriyalı mütəxəssis, vaxtı ilə “Rəvan” və “İnter” kimi klublarda çalışmış, hazırda futzal üzrə Yüksək Liqada II pillədə qərarlaşmış “Marafon” komandasının sükanı arxasında olan Elşad Quliyev çalışdıracaq. Həmçinin bəlli olub ki, AMF Avropa Minifutbol Federasiyasından sonra yenicə Dünya Minifutbol Federasiyasının da üzvünə çevrilib. Hüseynov çempion olacaq komandanın ölkəmizi sentyabr ayında Sloveniyada təşkil olunacaq minifutbol üzrə Avropa Çempionlar Liqasında təmsil edəcəyindən də bəhs edib. Turnirin formatı və reqlamenti iə bağlı videoçarx izləndikdən sonra baş katib Alfa Liqanın baş mükafatı olan gümüş suyuna salınmış, xalis gümüş və qızıl işləmələrlə bəzədilmiş kuboku qonaqlara təqdim edib. Bundan sonra mərasimin əsas hissəsi olan püşkatmaya start verilib.